Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb. Bu barədə mayın 28-də Report xəbər verib.
Belə ki, mayın 27-də Binəqədi rayonu Xocəsən yolunda "VAZ-2121" markalı avtomobil manevr qaydalarını kobud şəkildə pozduğuna görə saxlanılıb. Sürücünün narkotik vasitədən istifadə etməsi şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub.
Lakin o, polisə tabesizlik göstərib və avtomobili yüksək sürətlə hərəkət etdirərək qarşı zolağa çıxmaqla qarşıdan gələn avtomobillərə və piyadalara təhlükə yaradıb.
Avtomobil süni tıxac yaradılmaqla saxlanılıb. Sürücünün Bakı şəhər sakini Emin Əmirəliyev olması və avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunub.