Dekabrın 5-də Sabirabad rayonunun Nizami kəndi ərazisində polis tərəfindən narkotik qəbul edərək avtomobil idarə edən 2 sürücü saxlanılıb. Bu haqda dekabrın 9-da DİN məlumat verib.
Onlar 9 ay müddətinə sürücülük hüququndan məhrum ediliblər. Polis əməkdaşları tərəfindən həmin sürücülər barəsində protokollar tərtib edilib.