Bakının Nəsimi rayonu, 4-cü mikrorayon dairəsində iki nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Bu barədə iyunun 30-da APA xəbər verib.
Məlumata əsasən, avtomobil yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçən iki gənci vurub. Nəticədə 22 yaşlı oğlan və 20 yaşlı qız xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma davam edir.