Ötən ay Naxçıvanda qeydiyyatsız yaşayan 26 əcnəbi aşkarlanıb. Bu barədə dekabrın 8-də Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti məlumat verib.
Məlumata əsasən, saxlanılan şəxslər barəsində müvafiq tədbirlər görülüb.
Noyabr ayı üzrə Dövlət Miqrasiya Xidmətinə ümumilikdə 668 müraciət daxil olub. Onlardan 370-i əcnəbilərin Azərbaycanda müvəqqəti yaşaması, iş icazəsinin verilməsi, müvəqqətiolma müddətinin uzadılması və vətəndaşlıq məsələləri ilə bağlı olub.