Naxçıvanda Şahtaxtı dövlət sərhədində avtomobilin yanacaq çənində 242 kiloqramdan çox heroin aşkarlanıb. Bu barədə məlumat dekabrın 11-də Naxçıvan Gömrük Komitənin mətbuat xidmətindən verilib.
Naxçıvandan tranzit keçməklə Türkiyə Respublikasına oradan da təyinat ölkəsi Belçika Krallığına gedən 36-AA-961 nömrəli "Scania" markalı avtomobilə baxış keçirilib.
Gömrük baxışı həyata keçirilən zaman avtomobilin yanacaq çənində maye halında tünd-qəhvəyi rəngli təmiz çəkisi 242 kiloqram 280 qram heroin aşkar olunub.
Faktla bağlı “qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi” maddəsi ilə cinayət işi açılıb.