27 Sentyabr - Anım Günü ilə əlaqədar Naxçıvan, Gəncə və Ağdamda şəhidlərin xatirəsi anılıb. Bu barədə APA 27 sentyabr tarixində xəbər verib.
Naxçıvan və Ağdamda Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Ölkəmizin hər yerində saat 12:00-da canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayandırılıb.
Anım tədbiri Gəncə Şəhidlər xiyabanında baş tutub. Anım mərasimində Quru Qoşunları komandanı general-mayor Ənvər Əfəndiyev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, qazilər, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
[caption id="attachment_132884" align="alignnone" width="696"]
Foto APA.az saytı[/caption]