Naxçıvan Sağlamlıq Mərkəzinə yeni baş həkim təyin edilib. Bu barədə Report 25 sentyabr tarixində xəbər verib.
Bununla bağlı Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifə tibb elmləri doktoru professor İsa Abdullayevə həvalə olunub.