Həsən İsmayılov Naxçıvan Muxtar Respublikasının maliyyə naziri təyin edilib. Bu barədə 16 iyul tarixində Report məlumat verib.
Bununla bağlı Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədr müavini Anar İbrahimov sərəncam imzalayıb.
O, 2019-cu ildə maliyyə nazirinin müavini təyin olunub, 2023-cü ildən nazir vəzifəsini müvəqqəti icra edib.