Naxçıvanda Dövlət İmtahan Mərkəzi II və III ixtisas qruplarının ikinci mərhələsi üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 8 iyul tarixində xəbər verir.
Naxçıvan Muxtar Respublikasında 7 binada keçirilən imtahanda ümumilikdə 1889 abituriyent iştirak edib. İmtahanın idarə olunmasına 25 rəhbər, 188 nəzarətçi ayrılıb.
İmtahan saat 10:00-da başlanıb və 3 saat davam edib.