Son 10 il ərzində Avropa İttifaqı Azərbaycana 20 milyard dollar investisiya yatırıb. Bu barədə 17 may tarixində iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Aİ-Azərbaycan biznes forumunda məlumat verib.
Nazir, həmçinin qeyd edib ki, ölkəmizdə 700-dən çox Avropa şirkəti fəaliyyət göstərir. Onun sözlərinə görə, bu il Azərbaycanla Aİ arasında ticarət dövriyyəsinin artımı gözlənilir.
“Ötən ildə Azərbaycanda ÜDM artımı 5,6% təşkil edib. Cari ildə qeyri-neft məhsullarının ixracı 40% artıb”, - deyə nazir əlavə edib.