Gələn il Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz nəqli artırılacaq. Report xəbər verir ki, bu barədə 12 mart tarixində Azərbaycanın energetika naziri Pərviz Şahbazov Antalya Diplomatiya Forumunda deyib.
Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi artıq uğurlu layihə olduğunu təsdiqləyib. “Azərbaycanın Xəzərdə nəhəng qaz yataqları var və mövcud infrastruktur yaxşı vəziyyətdədir. Energetika sahəsində ən müxtəlif şirkətlər Azərbaycanla əməkdaşlığa çox böyük maraq göstərir", - deyə nazir bildirib.
O əlavə edib ki, Azərbaycan energetika sahəsində Türkiyə ilə çox sıx əməkdaşlıq edir.