Azərbaycanda qeyri-neft məhsullarının ixracı rekord həddə çataraq 2,6 milyard dolları ötəcək. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz Twitter səhifəsində məlumat verib.
Dayanıqlı inkişaf prioritetlərimizə uyğun olaraq, #iqtisadiyyat-ın şaxələndirilməsi və şəffaflığın artırılması istiqamətində səylərimizi davam etdiririk. Yenilənmiş proqnozlara görə, bu il Azərbaycanda #qeyrineft məhsullarının ixracı rekord həddə çataraq 2,6 mlrd dolları ötəcək.
— Mikayil Jabbarov (@MikayilJabbarov) December 7, 2021