Cari ilin ilk 5 ayı ərzində Azərbaycanın xarici ticarət dövriyyəsi 20,57 milyard dollar təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 74,1% çoxdur. Bu barədə 24 iyun tarixində iqtisadiyyat naziri Mikayıl Cabbarov öz Twitter səhifəsində məlumat verib.
Nazirin sözlərinə görə, 15,42 milyard dollarlıq məhsul ixrac, 5,15 dollarlıq məhsul isə idxal edilib. Ötən ilin eyni ayları ilə müqayisədə ixrac 2,1 dəfə, idxal isə 17,5% artıb. Beləliklə, xarici ticarət saldosu 3,4 dəfə artaraq 10,27 milyard dollar təşkil edib.
Bu ilin yanvar-may aylarında #xariciticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 74,1% artaraq 20,57 mlrd. dollar, #ixrac isə 2,1 dəfə artaraq 15,42 mlrd. dollar olub. İxracın artması daha çox istehsal, #investisiya və məşğulluq deməkdir.#EconomyAz pic.twitter.com/0w4KogZsJT
— Mikayil Jabbarov (@MikayilJabbarov) June 24, 2022