Azərbaycanda “Məşğulluq” altsistemində 110 min vakansiya qeydiyyata alınıb və hazırda 14 min aktiv vakansiya var. Bu barədə 8 dekabr tarixində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə istinadən Report deyib.
Azərbaycan Karyera İnkişaf Forumunda çıxış edən nazir qeyd edib ki, son 4 ildə ölkədə əmək müqavilələrin sayı 30% artaraq 1 milyon 685 minə çatıb, əməkhaqqı fondu isə 92% artıb.
"Dövlət məşğulluq xidmətləri vasitəsilə 230 min şəxs işlə, 122 min şəxs ödənişli ictimai işlərlə, 36 min şəxs özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilib. 7 min şəxs peşə hazırlığına cəlb edilib”, - deyə nazir əlavə edib.