Mayın 14-də Kənd təsərrüfatı naziri İnam Kərimov Qusar, Quba və digər rayonlardan olan vətəndaşları qəbul edib. Bu barədə 14 may tarixində Kənd Təsərrüfatı Nazirliyi məlumat verib.
Məlumata əsasən, nazir vətəndaşların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qeyd olunub ki, “Səyyar Xidmət” Qrupu etibarlılıq müddəti bitən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün mexanizatorların sürücülük vəsiqələrini yeniləyib. “Səyyar Xidmət” qrupu öz fəaliyyətini gün ərzində davam etdirəcək.