Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev iyulun 14-də Gəncə şəhərində həmin şəhərin sakinlərini qəbul edəcək. Bu barədə 2 iyul tarixində Nazirlik məlumat verib.
Bildirilib ki, qəbul zamanı vətəndaşların müraciətləri cavablandırılacaq.
Məlumata əsasən, vətəndaşlar 1-7 iyul tarixlərində nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya 142 - Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.