Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri Vüsal Nəsirli mayın 19-da Beyləqan rayonunda, Anar Kərimov isə mayın 20-də Tovuz rayonunda həmin rayonların sakinlərini qəbul edəcəklər. Bu barədə Nazirlik bildirib.
Məlumata əsasən, vətəndaşlar 12-17 may tarixlərində Nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvana və ya poçt vasitəsilə) müraciət edərək və ya 142 - Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.