“Heyvanlara işgəncə ilə bağlı bizim qanunvericilikdə ciddi boşluqlar var”. Bunu mayın 6-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi Aynurə Kərimova canlı yayımda bildirib.
O bildirib ki, heyvanlar aləmi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə başlanılıb.
“Bir çox ölkələrdə heyvanlara işgəncə verilməsinə görə ciddi cəzalar var. Belçikada 2 il, Ukraynada 3 ilə qədər, Almaniyada isə 3 il azadlıqdan məhrumetmə tətbiq edilir. Türkiyə qanunvericiliyinə əsasən, heyvanların döyüşdürülməsi ilə bağlı 2 ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq edilir”, - deyə A.Kərimova əlavə edib.
Onun sözlərinə görə, bu yanaşma Azərbaycanda da tətbiq edilə bilər: “Çünki heyvanlara işgəncəli rəftara görə cərimə 500 manatdır. Sanksiyaların ciddi sərtləşdirilməsinə ehtiyac var. Gələn həftədən bu layihənin ictimai müzakirəsinə başlanılacaq”.