Meymunçiçəyi virusuna qarşı heç bir vaksinasiya nəzərdə tutulmur. Bunu iyulun 1-də Azərbaycanın səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında bildirib.
Eyni zamanda nazir qeyd edib ki, sərhəd keçid məntəqələrində virusla əlaqədar heç bir spesifik tədbir görülməyəcək.
“Yaxın 2-3 günə virusun təyin olunması üzrə testlər Azərbaycana çatdırılacaq”, - deyə o əlavə edib.
Qeyd edək ki, hazırda Azərbaycanda meymunçiçəyinə yoluxma halı qeydə alınmayıb. İyunun 30-da Türkiyədə meymunçiçəyinə ilk yoluxma faktı təsdiqlənib.