İndiyədək 13 106 fermerə səyyar aqrar xidmət göstərilib və 25 486 bəyan Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil edilib. Bu barədə 29 dekabrda Kənd Təsərrüfatı Nazirliyinin rəsmi səhifəsində məlumat verilib.
Səyyar xidmət Şəki, Sabirabad, İmişli, Füzuli, Goranboy, Tərtər, Tovuz, Zaqatala, Cəlilabad, Hacıqabul və Şəmkir rayonlarının kəndlərində təşkil olunub. Fermerlər səyyar xidmət mikroavtobusuna yaxınlaşaraq öz payızlıq əkinlərini bəyan ediblər. Bəyan prosesi sabah başa çatır.
Sözügedən xidmətin həyata keçirilməsində əsas məqsəd əkin bəyanlarının vaxtında təqdim olunması üçün fermerlərə köməklik göstərmək idi.