Həyətində pirotexniki vasitələrin satışını həyata keçirən Neftçala sakini saxlanılıb. Bu barədə dekabrın 28-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Rayon sakininin həyətində gizli şəkildə yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki məmulatların satdığı məlum olub.
Faktla bağlı onun barəsində protokol tərtib edilib.