Neftçalanın Xəzər bələdiyyəsinin sabiq və indiki sədrlərinə müxtəlif dövrlərdə pul vəsaitlərinin mənimsənilməsinə görə cinayət işi başlanılıb. Bu barədə mayın 11-də Baş Prokurorluq xəbər verib.
Bələdiyyənin sabiq sədri Loğman Sultanov 1 823 manat məbləğində pul vəsaitini, hazırkı bələdiyyə sədri Fətulla Muradov isə vəzifə tutduğu dövrdə 2 196 manat məbləğində pul vəsaitini öz qulluq səlahiyyətlərindən istifadə etməklə mənimsəmədə şübhəli bilinirlər.
Faktla bağlı “şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə” maddəsilə cinayət işi açılıb. Hazırda araşdırma davam edir.