Gələcəkdə Neftçala şəhərinin tullantı su şəbəkəsi yenidən qurulacaq. Bu barədə 23 iyun tarixində “Azərsu” ASC məlumat verib.
Layihəyə əsasən, cari ildə Neftçala şəhərində ümumi uzunluğu 90 kilometr olan müxtəlif diametrli su xətlərinin, 21 kilometr kanalizasiya xətlərinin və 1 ədəd kanalizasiya nasos stansiyasının tikintisi, həmçinin 3 000 fərdi yaşayış evinə fasiləsiz və dayanıqlı içməli suyun verilməsi planlaşdırılır.
Məlumata əsasən, yeni yaradılacaq infrastruktur hesabına 80 mindən çox sakinin içməli su təminatı yaxşılaşacaq.
Qeyd olunub ki, ötən müddətdə Neftçala şəhəri ilə yanaşı, rayonun içməli sudan əziyyət çəkən 14 yaşayış məntəqəsinin içməli su problemi də həll edilib.