Neftçalada 17 yaşlı qız intihar edib. Bu barədə 3 oktyabr tarixində APA məlumat verib.
Hadisə Neftçala rayonunun Qədimkənd kəndində baş verib.
Kənd sakini, 2006-cı il təvəllüdlü Ağazadə Gülnar Elmir qızı sirkə turşusu içərək intihar edib.
Faktla bağlı araşdırma aparılır.