Neftçalada üç nəfər bıçaqlanıb. Bu barədə mayın 9-da Report məlumat yayıb.
Hadisə rayonun Xıllı qəsəbəsində qeydə alınıb. Belə ki, 43 yaşlı E.Sadıqov, 30 yaşlı Q.Həsənli və R.Əhmədli kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanaya yerləşdiriliblər.
İlkin məlumata görə, E.Sadıqovla Q.Həsənli küçədə, R.Əhmədli isə evdə tanımadığı şəxs tərəfindən bıçaqlanıblar.
Faktla bağlı araşdırma aparılır.