Neftçalanın 3 yaşayış məntəqəsini əhatə edən Neftçala-Kürkənd-2N-li Mayak marşrutu üzrə 19 kilometrlik avtomobil yolu yenidən qurulur. Bu barədə mayın 24-də AAYDA xəbər yayıb.
Hazırda yol boyu torpaq, qazma, yolun profilə salınması işləri görülür. Daha sonra yola yeni asfalt-beton örtüyünün döşənməsi icra olunacaq. Yolun torpaq yatağının eni 10, hərəkət hissəsi isə 6 metrdir.
Layihə 3 yaşayış məntəqəsinin 20 mindən artıq əhalisinin rahat gediş-gəlişinə səbəb olacaq.
[URIS id=49784]