Qalıqları aşkar edilən, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Yaşar Ələkbər oğlu Kərimovla Neftçala rayonunun Qaramanlı kəndində keçirilən vida mərasimi başa çatıb. Bu barədə 18 iyul tarixində Report məlumat verib.
Şəhidin nəşi Qaramanlı kəndində dəfn olunub.
Qeyd edək ki, Yaşar Ələkbər oğlu Kərimov 1967-ci il aprelin 12-də anadan olub. O, 1993-cü il iyulun 23-də Ağdam rayonunun Şelli kəndində itkin düşüb.