Neftçalada evə oğurluğa girən şəxs üç nəfərə xəsarət yetirib. Bu haqda mayın 10-da Report xəbər yayıb.
Mayın 9-da saat 5 radələrində Xıllı qəsəbəsində yaşayan E. Sadıqovun evinə oğru girib. Oğru onu saxlamağa cəhd göstərən ev yiyəsinə xəsarət yetirib. Həmçinin köməyə gələn iki qonşuya da boyun və qol nahiyələrinə dəmir parçası ilə xəsarət yetirilib.
Əməli törətməkdə şübhəli bilinən Salyan rayon sakini Qalib Müqabilzadə müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.