Neftçalada narkotik bitkiləri becərən qohumlar saxlanılıb. Bu haqda iyunun 4-də Daxili İşlər Nazirliyindən APA-ya məlumat verilib.
Kür çayının Ərəbqardaşbəyli kəndi ərazisindən keçən hissəsində narkotiklərin kultivasiyası ilə məşğul olan sakin saxlanılıb. Baxış zamanı oradan 327 ədəd çətənə kolu aşkar olunub.
Həmin kənddə keçirilən digər əməliyyat zamanı eyni əməli törədən əvvəllər üç dəfə məhkum olunmuş şəxs saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsindən 73 ədəd çətənə kolu tapılıb.
Həmçinin qeyd edilən şəxslərin qohum olduqları müəyyən edilib. Faktlarla bağlı cinayət işləri başlayıb.