Ümumi uzunluğu 10 kilometr olan Neftçala–Xol Qaraqaşlı–Şorsulu –Həsənabad–Neftçala və Bankə–Beştalı avtomobil yollarının yenidən qurulması məqsədilə Prezidentin ehtiyat fondundan 3,9 milyon manat ayrılıb.
Bu barədə 13 iyun tarixində Prezident İlham Əliyev Sərəncam imzalayıb.