“Neftçi” futbolçu Ataa Caberlə yollarını ayırıb. Bu barədə İnsanoid klubun mətbuat xidmətinə istinadən bu gün, 28 iyun tarixində məlumat verir.
2022-ci ildə Bakı klubuna transfer olunan A.Caber “Neftçi”nin heyətində meydana çıxdığı 58 oyunda 9 qola imza atıb.