Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsindəki beşmərtəbəli yaşayış binasında yanğın baş verib. Bu haqda mayın 21-də Fövqəladə Hallar Nazirliyi xəbər paylaşıb.
Yanğın binanın 4-cü mərtəbəsindəki 60 kvadratmetrlik ikiotaqlı mənzildə olub. Tüstülənmiş mənzildə qalmış 64 yaşlı sakin xilas edilib.
Alov söndürülüb.
Yanğın zamanı ev əşyaları yanıb, yüksək temperaturdan kondisioner əriyib.