12 oktyabr tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qida sahəsində fəaliyyət göstərən 36 ticarət və 33 ictimai iaşə müəssisələrində monitorinqlər keçirib. Bu barədə 13 oktyabr tarixində Agentlik məlumat verib.
Monitorinqlər zamanı ümumilikdə 36 müəssisədə nöqsanlar müəyyən olunub.
Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 32, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 23 nöqsan aşkar olunub.