Dünən, iyunun 10-da Norveçin Stavanger şəhərində şahmat üzrə Norway Chess turniri başa çatıb. Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov turnirdə ikinci yeri tutub.
Yarışmanın sonuncu - doqquzuncu turunda Şəhriyar Məmmədyarov Teymur Rəcəbova məğlub olub. Turnirin yekununa görə, Məmmədyarov 15,5 xal toplayıb və ikinci yerə sahib olub. Rəcəbov isə 8 xalla 9-cu pillədə qərarlaşıb.
Norway Chess-in qalibi 16,5 xala yiyələnən hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen olub.
Qeyd edək ki, yarışın ümumi mükafat fondu 2,5 milyon Norveç kronudur (təxminən 265 min dollar). Qalib idmançı 750 min kron (təxminən 80 min dollar) qazanacaq.
[gallery size="full" link="file" columns="1" ids="52947"]