Beynəlxalq axtarışda olan şirkət rəhbəri Rövşən Zalovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Bu barədə 15 mart tarixində APA məlumat yayıb.
Dələduzluqda təqsirləndirilən şəxs barəsində toplanan materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
O, 2017-ci il ərzində Bakıda özünü turizm şirkətinin rəhbəri kimi təqdim edərək Almaniyada yaşayıb işləmək üçün viza açdırmağı vətəndaşlara vəd edib. Cinayətkar qabaqcadan əlbir olduğu bir qrup şəxslə özgənin əmlakını ələ keçirib.
İnterpola verilən şəxs Türkiyədən ölkəmizə ekstradisiya edilib.