Oğuz rayonunda iyunun 4-də xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu barədə Report məlumat yayıb.
Hadisə İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Calut kəndi ərazisində baş verib. Belə ki, 1992-ci il təvəllüdlü Məharət Məmmədovun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.
Nəticədə 30 yaşlı sürücü ağır bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.