Oğuzda evdə baş verən yanğın nəticəsində ahıl qadın yanaraq ölüb. Bu barədə mayın 28-də Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə rayonun Şirvanlı kəndində baş verib. Ümumi sahəsi 77 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 40 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 82 yaşlı qadının meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.