Oğuzda avtomobil ağaca çırpılıb, sürücü xəsarət alıb. Bu barədə iyunun 9-da Report xəbər verib.
Hadisə İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Dəymədərə kəndi ərazisindən keçən hissəsində baş verib. Sumqayıt şəhər sakini Seymur Məmmədovun idarə etdiyi "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində sürücü xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır.