Oğuzda zəncirvari yol qəzası baş verib, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu barədə iyunun 4-də Report xəbər verib.
Hadisə İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Bayan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Mercedes Vito" markalı mikroavtobusla "Toyota Prius" və "Opel" markalı minik avtomobilləri toqquşub.
Yaralanan 3 şəxs xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, Oğuzda bu gün daha bir yol qəzası baş verib, avtomobil ağaca çırpılıb və nəticədə sürücü yaralanıb.