Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gün ərzində bəzi yerlərdə fasilələrlə çiskinli yağış yağacağı ehtimalı var.
Mülayim şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-15°, gündüz 16-18° isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti, əsasən, yağmursuz keçəcək. Lakin gündüz bəzi şimal və şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-11°, gündüz 16-21°, dağlarda gecə 1-5°, gündüz 8-13° isti olacaq.