Paris–2024 Yay Olimpiya Oyunlarında tarixi qələbə qazanan cüdoçularımızın Azərbaycana qayıdacaqları tarix bəlli olub. Bu barədə İnsanoid Qafqazinfo-ya istinadən bu gün, 3 avqust tarixində xəbər verir.
Onlar 4 avqust saat 05:15-də Heydər Əliyev Beynəlxalq Hava Limanında olacaqlar.
Azərbaycan cüdoçuları Hidayət Heydərov (-73 kq.) və Zelim Kotsoyev (-100 kq.) Paris–2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıblar. Azərbaycan cüdo üzrə yarışlarda 2 qızıl medal qazanaraq ümumi hesabda və kişilər arasında ikinci yeri tutub.