Azərbaycanın dövlət sərhədini xüsusi hava əməliyyatları qüvvələri qoruyacaq. Bununla bağlı mayın 10-da “Sərhəd mühafizə orqanları haqqında” qanuna dəyişiklik edilib.
Belə ki, indiyədək ölkə sərhədinin toxunulmazlığı çevik hərəkət qüvvələri, sahil mühafizəsi və sərhəd nəzarəti tərəfindən təmin edilirdi. Bu siyahıya xüsusi hava əməliyyatları qüvvələri də əlavə olunub.