Respublika üzrə oktyabr ayının pensiyaları tam ödənilib. Bu barədə 15 oktyabr tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat verib.
Oktyabrın 7-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda, bu gün isə ölkəmizin digər bölgələrində yaşayan şəxslərin pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
2022-ci ildə verilməsi nəzərdə tutulan 200 manat maddi yardımın sonuncu rüb üzrə nəzərdə tutulan 50 manatı da oktyabr ayının pensiyasına əlavə olunub.
Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.