Azərbaycanda son 19 ildə 23 mindən çox cinayətkar qrup zərərsizləşdirilib. Bu haqda iyulun 2-də daxili işlər naziri Vilayət Eyvazov məlumat verib.
Həmçinin qanunsuz olaraq saxlanılan 18 minə yaxın odlu silah yığılıb, 17 tona yaxın narkotik isə dövriyyədən çıxarılıb.
Bununla yanaşı, axtarışda olan 62 mindən çox təqsirləndirilən şəxs saxlanılıb.