2022-ci ilin yanvar-may aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 30,4 milyard manat təşkil edib. Bu barədə məlumat Bakı Statistika Komitəsinin son hesabatında əks olunub.
Hesabata əsasən, sənaye məhsulunun 86%-i mədənçıxarma, 12%-i emal, 1,6%-i elektrik enerjisi, qaz və buxar istehsalı sektorlarında istehsal olunub.
Bildirilib ki, sənayedə qeyri-dövlət sektorunun payı 91% təşkil edib.