Ötən il narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı ən çox fakt Sumqayıtda qeydə alınıb. Bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının hesabatında qeyd edilib.
Həmin müddət ərzində Sumqayıt şəhəri üzrə 587 fakt, Lənkəran üzrə isə 459 fakt qeydə alınıb.
Paytaxtda isə ən çox narkotik satılan rayon kimi Sabunçu tanınıb. 2021-ci ildə Sabunçuda 432, Binəqədidə 336, Suraxanıda isə 288 nəfər cinayət məsuliyyətinə cəlb olunub.