Ölkədə bəzi səhiyyə ocaqları Səhiyyə Nazirliyinin tabeliyinə verilir. Bununla bağlı Prezident İlham Əliyev mayın 13-də müvafiq fərman imzalayıb.
Belə ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzi, bir sıra Elmi-Tədqiqat İnstitutları və Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi TƏBİB-in tabeliyindən çıxırlar. Sənəd 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.
Həmçinin vurğulanıb ki, qeyd olunan tibb ocaqları icbari tibbi sığorta çərçivəsində əhaliyə tibbi xidmətlər göstərilməsini davam etdirməlidirlər.