"Huawei" yeni tədris ilində Azərbaycanda tədqiqat laboratoriyası açacaq. Bu haqda iyunun 14-də rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevə istinadən Trend məlumat verib.
O, çıxışında vurğulayıb ki, nazirlik tərəfindən universitetlərdə bu cür tədqiqat laboratoriyalarının açılması təşviq edilir.
Həmçinin məlumatda deyilir ki, cari ildə dövlət sifarişi ilə 600 yüksək ixtisaslı İT mütəxəssisi hazırlanacaq. Yaxın üç ildə isə kibertəhlükəsizlik sahəsində 1 000-ə yaxın mütəxəssisin hazırlanması nəzərdə tutulub.