Bakıda ağır yol qəzası - qəza törədərək 2 nəfərin ölümündə təqsirləndirilən Səbuhi Şəfiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Bu barədə mayın 20-də Report xəbər yayıb.
Hadisə bu ilin martında Qaradağ rayonunda baş verib. Səbuhi Şəfiyevin idarə etdiyi yanacaq daşıyan yük avtomobili hərəkətdə olan zaman yoldan çıxaraq qarşı tərəfdəki zolağa keçib. Bu zaman yük avtomobili “Mercedes” markalı minik avtomobili ilə toqquşub. Nəticədə “Mercedes”in sürücüsü və sərnişini hadisə yerində ölüb.
Səbuhi Şəfiyevin dediyinə görə, hadisə zamanı sərxoş olub. O, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.