Ordubad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi işdən azad olunub. Bununla bağlı Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov əmr imzalayıb.
Bu barədə 25 sentyabr tarixində Report məlumat verib.
Əmrə əsasən, xəstəxananın baş həkimi Elmar Zeynalov vəzifəsindən azad edilib.
Digər əmr ilə bu vəzifə Malik Əsgərova həvalə edilib.